"Qarabağ"la matçda ən yaxşısı biz idik - Foda

 

Həm hücumda, həm də müdafiə xəttində daha sabit oynamaq, inkişaf etmək istəyirik. "Qarabağ"la oyunda ikinci hissədə meydanın ən yaxşısı biz idik.

Bunu "Sürix"in baş məşqçisi Franko Foda Çempionlar Liqasının 2-ci təsnifat mərhələsində "Qarabağ"a Bakıda uduzduqları (2:3) ilk matçı şərh edərkən deyib.

"Artıq nəticə qazanmağın vaxtı çatıb. Ardıcıl 2 səfər matçından sonra yeni mövsümdəki ilk ev oyunumuzu səbirsizliklə gözləyirik", - Foda bildirib.

Qeyd edək ki, "Sürix" və "Qarabağ" arasında cavab görüşü iyulun 27-də İsveçrədə keçiriləcək.

0.16399097442627