Gürcüstanlı iş adamı “Dinamo” klubunu satışa çıxarıb

 

Gürcüstanlı iş adamı Roman Pipiya 97 illik tarixi olan “Dinamo” (Tbilisi) futbol klubunu satmağı qərara alıb.

Demokratikmusavat.com xəbər verir ki, gürcüstanlı iş adamı “Tbilisi “Dinamo”sunu almaqda maraqlı olan investorlarla danışıqlar apardığını bildirib.

R.Pipiyanın sözlərinə görə, satışla yanaşı, Tbilisi “Dinamo”sunun aktivlərinin səhmdar cəmiyyətinə verilməsi imkanları da nəzərdən keçirilir.

Gürcüstanlı iş adamı söyləyib ki, prosesə müxtəlif işgüzar və ictimai dairələrdən olan insanlarla yanaşı, uzun illər komandaya azarkeşlik etmiş Tbilisi sakinləri də cəlb edilməlidirlər.

2021-ci ilə olan məlumata görə, “Dinamo Tbilisi”nin aktivləri 4,9 milyon dollar təşkil edir.

Qeyd edək ki, R.Pipiya 2011-ci ildə “Dinamo”nun (Tbilisi) prezidenti olub.

R.Pipiya Rusiyada biznesə 1990-cı illərdə başlayıb, onu Rusiya mətbuatında tez-tez “Saratov oliqarxı” adlandırırlar.

0.1923360824585