"Qarabağ"ın UEFA Çempionlar Liqasının II təsnifat mərhələsindəki rəqibi "Sürix" İsveçrə Super Liqasında ilk turun oyununu keçirib.
Demokratikmusavat.com xəbər verir ki, Franko Fodanın baş məşqçi olduğu kollektiv səfərdə "Yanq Boyz"la qarşılaşıb. Görüş meydan sahiblərinin böyük hesablı qələbəsi ilə yekunlaşıb - 4:0.
Matçda bütün qollar ikinci hissədə vurulub. 55-ci dəqiqədə "Sürix"in futbolçusu Antonio Markezano penaltidən yararlana bilməyib. Əvəzində Kristian Fassnaxt 62-ci, Sedrik İtten 77-ci, Fabian Rider 81-ci, Vilfrid Kanqa isə 85-ci dəqiqədə fərqlənərək, "Yanq Boys"un qalibiyyətini təmin edib.
Qeyd edək ki, "Sürix" "Qarabağ"la ilk oyununu iyulun 19-da Bakıda, cavab görüşünü iyulun 27-də öz meydanında keçirəcək.(report)