“Bavariya” Ronaldo ilə bağlı yekun qərarını açıqladı

 

“Münhenin “Bavariya” klubu portuqaliyalı hücumçu Kriştianu Ronaldonu transfer etmək fikrində deyil”.

Demokratikmusavat.com xəbər verir ki, bu sözləri Münhen klubunun idman direktoru Həsən Salihamidziç deyib.

“Kristianu Ronaldoya, onun uğurlarına və karyerasına böyük hörmətim var. Amma bir daha deyirəm, onun transferi bizim planlarımızda deyil və planlarımızda da olmayıb”, – deyə “Bavariya” rəsmisi vurğulayıb.

0.065673828125