Ukraynada Şimali Osetiya başçısına qarşı sui-qəsd cəhdi olub

 

Rusiyanın Şimali Osetiya Respublikasının başçısı Sergey Menyaylo Ukraynanın işğal altındakı ərazisində diversiya qrupunun pusqusuna düşüb.

Demokratikmusavat.com xəbər verir ki, region rəhbəri kontuziya alıb.

Bildirilib ki, S.Menyaylo Rusiyaya bağlı “Alaniya” taborunun könüllüləri ilə birgə Ukraynanın Zaporojye vilayətinə səfər edib. Şimali Osetiya rəhbəri avtomobillərdən birində Qulyaypole şəhəri yaxınlığında hərəkətdə olarkən diversiya qrupu kortejə hücum edib. Onlar maşınlara qumbaralar atıblar.(Report)

Məlumata görə, tabordan bir neçə nəfər yaralanıb. S.Menyaylo isə kontuziya alıb və qısa müddətdə özünə gəlib.

Şimali Osetiyanın başçısı bu xəbəri təkzib edərək heç bir diversiya qrupu ilə rastlaşmadığını və artıq Rusiya ərazisində olduğunu vurğulayıb.

0.20744705200195