Kiyevə hərbi yardım 2,5 milyard avroya çatacaq

 

Avropa İttifaqI (Aİ) Ukraynaya silah tədarükü üçün Avropa Sülh Fondundan əlavə 500 milyon avro ayırmaq istəyir.

Demokratikmusavat.com xəbər verir ki, bu məlumatı Avropa Parlamentinin Xarici Əlaqələr Komitəsinin iclasında Aİ-nin Xarici İşlər Nazirliyinin baş katibi Stefano Sanino təsdiqləyib.

Bu xətt vasitəsilə Kiyevə hərbi yardım 2,5 milyard avroya çatacaq.

“Biz Ukraynaya silah tədarükü üçün əlavə 500 milyon avronun ayrılmasını araşdırırıq. Beləliklə, ümumi maliyyə 2,5 milyard avroya çatacaq”, - o deyib.

Avropa Sülh Fondundan ümumi dəyəri 2 milyard avro olan əvvəllər verilmiş dörd tranş başa çatdıqdan sonra 500 milyon avroluq yeni tranşın ayrılması niyyəti ilk dəfə Aİ liderləri tərəfindən iyunun 23-24-də Brüsseldə keçirilən sammitdə açıqlanıb.

0.16243004798889