ABŞ Ermənistan siyasətinə yenidən baxır

 

ABŞ Prezidenti Co Bayden ABŞ-ın Ukraynadakı keçmiş müvəqqəti işlər vəkili Kristina Kvienin Ermənistandakı yeni səfir vəzifəsinə namizədliyini Senata təqdim edib. 

Demokratikmusavat.comxəbər verir ki, bu barədə Ağ Evin mətbuat xidməti məlumat yayıb.

Senatın müvafiq komitəsi Kvienin qanunvericilərin suallarını cavablandıracağı dinləmələr üçün bir tarix təyin etməlidir. Bundan bir müddət sonra Yuxarı Palatada onun ABŞ-ın Ermənistandakı səfiri vəzifəsinə namizədliyinin təsdiqi üçün səsvermə keçiriləcək.

Kristina Kvien 2019-cu ildən ABŞ-ın Ukraynadakı səfirinin əvəzedicisi olub. 2016-cı ildən 2019-cu ilin aprel ayına qədər o, ABŞ-ın Parisdəki səfirinin müavini və səfirlikdə iqtisadiyyat müşaviri vəzifələrində çalışıb.

O, diplomatik fəaliyyəti dövründə ABŞ-ın Tailand, Böyük Britaniya, Avropa İttifaqı, Rusiya və Filippindəki diplomatik nümayəndəliklərində müxtəlif vəzifələrdə çalışıb. Kvien həmçinin ABŞ Milli Təhlükəsizlik Şurasının Aİ, Ukrayna və Belarus üzrə direktoru vəzifəsində çalışıb.

Hazırda ABŞ-ın Ermənistandakı səfiri postunu 2019-cu il fevralın 19-dan Linn Treysi tutur.

Mürtəza
Demokratikmusavat.com

0.15422511100769