İlon Maska Tvitterlə bağlı pis xəbər

 

 “Tesla” və “SpaceX”in CEO-su İlon Maskın Tvitteri satınalma müqaviləsini (təxminən 44 milyard dollarl) ləğv etmək istəyi ilə bağlı qərar verilib.

Demokratikmusavat.com xarici KİV-ə istinadla xəbər verir ki, Tvitterin vəkili Vilyam Savittin Maskın vəkili Mayk Rinqlerə göndərdiyi məktubda ABŞ Qiymətli Kağızlar və Birja Komissiyasının bildirişi əks olunub.

Sözügedən məktubda Maskın müqaviləni ləğv etməsinin “etibarsız və ədalətsiz” olduğu, yəni müqavilə üzrə öhdəliklərin rədd edildiyi bildirilib.

Tvitterin müqavilədəki öhdəliklərindən heç birini pozmadığı vurğulanan məktubda müqavilənin qüvvədə olduğu bildirilib.

Digər tərəfdən, Maskın 44 milyard dollarlıq alış müqaviləsini ləğv etmək qərarından sonra Tvitterin səhmləri həftənin ilk ticarət günündə kəskin ucuzlaşıb. Nyu-York birjasında TWTR kodu ilə ticarət edilən şirkətin səhmlərindəki itki 11 faizi ötüb.

Qeyd edək ki, ötən həftə İlon mask müqavilədəki bir çox müddəaları pozduğunu əsas gətirərək sosial media şirkəti Tvitteri satın almaq üçün müqaviləni ləğv edib.
Maskın vəkilləri verdiyi açıqlamada, Tvitterin platformadakı saxta və ya spam hesabları ilə bağlı  məlumat sorğularına cavab vermədiyini bildiriblər.

Billurə

 

0.17667698860168