Qadın dələduzlar köhnə qonşuyam deyib evdən 7 min apardılar - FOTO

 

Türkiyədə oğurluqla məşğul olan şəxslər qeyri-adi yola əl atıb.

Demokratikmusavat.com "İxlas" xəbər agentliyinə istinadla xəbər verir ki, İstanbulun Güngören bölgəsində 3 qadın köhnə qonşuları olduğunu deyərək evlərdən birinə girib.

Hadisə iyulun 6-da saat Əbdürrəhman Nafiz Gürman məhəlləsindəki evdə baş verib. M.B. adlı şəxs yaşadığı ünvanın qarşısında olarkən tibbi maska taxan 3 qadınla rastlaşıb. Şübhəli 3 qadın, M.B-yə köhnə qonşu olduqlarını və bayram ərəfəsində ona maddi yardım etmək istədiklərini deyib. 

Evdəki qızılları və pulları gətirmələrini istəyən 3 qadın dələduz M.B.-ni aldadaraq bu yolla evdəki bərəkəti artıracaqlarına inandırıblar.

Onlar girdikləri evdən 5200 lirə, 1 qolbaq, xeyli qızıl oğurlayan 3 qadın daha sonra evi tərk edib. Bir müddət sonra aldadıldığını anlayan M.B.(58 yaş) polisə gedərək ərizə ilə müraciət edib.

Ev yiyəsinin ümumilikdə 70 min lirə (təxminən 7 min manata yaxın-red.) məbləğində zərər çəkdiyi müəyyən edilib. Şübhəlilərin tutulması üçün 50-yə yaxın təhlükəsizlik kamerası görünüşləri araşdırılıb. Araşdırmalar nəticəsində 31 yaşlı E.G. müəyyən edilərək saxlanılıb. Saxlanılan şəxsin daha əvvəl dələduzluq və 12 bənzər cinayətdə əli olduğu müəyyən edilib.

Şübhəlinin məhkəmə nəzarəti şərti ilə sərbəst buraxıldığı öyrənilib.

Demokratikmusavat.com

 

0.15392708778381