Britaniya prokurorluğu “Formula 1”in keçmiş rəhbərini məhkəməyə verir

 

Britaniyanın Baş Prokurorluğu “Formula 1”in keçmiş rəhbəri Berni Ekklstouna qarşı vergidən yayınma işi üzrə ittiham irəli sürmək qərarına gəlib. Bu barədə qurumun bazar ertəsi yaydığı məlumatda deyilir.

Demokratikmusavat.com xəbər verir ki, prokurorluq bu addımın hərtərəfli və genişmiqyaslı istintaqdan sonra atıldığını vurğulayıb.

Qurum, həmçinin bütün maraqlı tərəfləri prosesin obyektiv gedişatına xələl gətirə biləcək məlumatları işıqlandırmaqdan, şərh verməkdən və onlayn paylaşmaqdan çəkinməyə çağırıb.

Qeyd edək ki, Berni Ekklstoun 1978-2017-ci illərdə “Formula 1”-in rəhbəri vəzifəsində çalışmış böyük britaniyalı sahibkardır.

0.1640419960022