Qonşu ölkədə qəribə Qurban ənənəsi: kəsdikləri heyvanın dərisini geyinib, buynuz taxırlar - FOTO

 

Türkiyəni Bursa şəhərində 200 ildir davam edən qəribə Qurban bayramı əbnənəsi bu il də insanları qorxudub.

Demokratikmusavat.com İHA-ya istinadla xəbər verir ki, Bursada Mustafakemalpaşa rayonunun Şehriman kəndinin sakinləri əcdadlarının çoxəsrlik ənənəsini bu gün də yaşadırlar. 
Döyüşlərdə düşmən əsgərlərini qorxudan alabaş paltarı geyinmiş kəndlilər bu məqsədlə kəsdikləri heyvanların dərisini geyirlər. Kənddə hamı üzünə maska taxaraq, əllərinə balta alaraq bir-bir qorxudur. İldə bir dəfə keçirilən bu ənənəvi tamaşaya baxmaq üçün kənd meydanına çoxlu adam toplaşır. 

Xüsusilə qadın və uşaqlar qarşılarında heyvana bənzər insanları görəndə bunu qorxu və təəccübkə qarşılayır. Bu ənənə ildə bir dəfə Qurban bayramının ikinci günü Şehriman kəndinin sakinləri tərəfindən həyata keçirilir.

"Bu ənənə əcdadlarımızdan miras qalıb. Atalarımız bu paltarları geyinərək düşmənə qorxu salıblar, ona görə də bu adət-ənənəni bu gün də maskalamaqla yaşadırıq. Biz hər qurbanlıq mərasimində özümüz kəsdiyimiz heyvanların dərisini geyinirik. Tədbirdə üzümüzə maska taxıb, əlimizə balta alırıq və heyvan buynuzları taxıb insanları qorxuduruq. Bu ənənəni yaşatırıq və bundan sonra da davam etdirəcəyik”, -deyə Şəhriman sakinləri bildirib.

Billurə
Demokratikmusavat.com

 

0.12781691551208