Rusiya Avropaya verdiyi qazı kəsdi

 

İyulun 11-də səhər saatlarında “Qazprom” təmir işləri ilə əlaqədar “Şimal axını” qaz kəməri ilə Avropaya qaz nəqlini tamamilə dayandırıb. 

Rusiya mətbuatı bildirir ki, təmir işləri iyulun 21-dək davam etməlidir. 

“Forbes” nəşri yazır ki, Almaniya hakimiyyəti profilaktika başa çatdıqdan sonra Rusiyanın boru kəməri ilə ixracı bərpa etməyəcəyindən ehtiyat edir.

“Nord Stream AG” qaz kəməri operatorunun məlumatına görə, iyulun 11-də Moskva vaxtı ilə saat 7:00-dan etibarən “Şimal axını” ilə Rusiyadan Avropaya qaz nəqli tamamilə dayanıb.

“Nord Stream AG” şirkətindən verilən məlumata görə, çatdırılmalar planlaşdırılan təmirlə əlaqədar dayandırılıb. 

Yayılan məlumatlarda qeyd olunur ki, iyun ayında “Qazprom” “Şimal axını” ilə qaz ixracını 60% azaldıb. Azalmanın səbəbi kimi “Siemens Energy” şirkətinin  təmir işlərini vaxtında naşa çatdırmaması göstərilib.

 “Siemens Energy” isə bildirib ki, gecikməyə səbəb Rusiya şirkətlərinə tətbiq olunan sanksiyalardır.

 "Demokratikmusavat.com"

 

0.13700103759766