Şuşada ilk beynəlxalq turnir start götürüb

 

“Əziz Şuşa” beynəlxalq velosiped yarışında II mərhələ başlayıb.

Demokratikmusavat.com -ın məlumatına görə, bu mərhələ Füzuli Hava Limanından start götürməklə Şuşa şəhərindəki “Qarabağ” otelinin qarşısına qədər davam edəcək.

Şuşadakı ilk beynəlxalq turniri gənclər və idman naziri Fərid Qayıbov, Müdafiə sənayesi naziri, Azərbaycan Velosiped Federasiyasının (AVF) prezidenti Mədət Quliyev də izləyir.

Veloturda 8 ölkədən 13 komanda iştirak edir.

Qeyd edək ki, Azərbaycan millisinin və Türkiyənin "Sakarya BB Pro Team" kontinental klubunun velosipedçisi Elçin Əsədov "Əziz Şuşa" beynəlxalq turnirinin Bakıda keçirilən ilk mərhələsində qalib olub.

0.22818994522095