Azərbaycanlı MMA döyüşçüsü Rafael Fiziyev UFC-də növbəti qələbəsini qazanıb.
Demokratikmusavat.com -ın məlumatına görə, 29 yaşlı idmançı ilk dəfə olaraq Azərbaycan bayrağı altında çıxış edib.
Onun rəqibi braziliyalı adaşı Rafael Dos Anjos olub.
R.Fiziyev onu 5-ci raundda nakautla məğlub edib. Bu, onun UFC-də ardıcıl 6-cı qələbəsi olub.
Təcrübəli düyüşçü görüşdən sonra "İndi biz idmanda ən yaxşı Rafanın kim olduğunu öyrənməliyik. Rafael Nadal – mən onu məğlub edə bilərəm" söyləyib.
Qeyd edək ki, Azərbaycanın digər MMA döyüşçüsü Nəriman Abbasov UFC-də ilk qarşılaşmasını sentyabrın 6-da braziliyalı İsmael Bonfimə qarşı keçirəcək.
Döyüşdən sonra R.Fiziyev burnunun sındığı haqda paylaşım edib.
“Mənim burnum sındı. Lakin həkim yanına cibimdə 50 min dollarla gedəcəyəm”, - deyə döyüşçü bildirib.