Futbol üzrə Polşa Super Kubokunun qalibi müəyyənləşib.
Demokratikmusavat.com xəbər verir ki, yeni mövsümün ilk titulu uğrunda görüşdə çempion "Lex" və ölkə kubokunun sahibi "Rakuv" komandaları üz-üzə gəlib.
Poznandakı "Miejski" stadionunda təşkil olunmuş qarşılaşma qonaqların qələbəsi ilə yekunlaşıb - 2:0. Bununla da "Rakuv" iki ildən sonra - tarixində ikinci dəfə Superkubok əldə edib.
Qeyd edək ki, "Lex" UEFA Çempionlar Liqasının I təsnifat mərhələsində "Qarabağ"ın rəqibidir. İki komanda arasında Poznanda keçirilmiş ilk görüş meydan sahiblərinin qələbəsi ilə yekunlaşıb - 1:0. Cavab matçı iyulun 12-də Tofiq Bəhramov adına Respublika stadionunda olacaq.