"Neftçi" bu gün Türkiyə klubu ilə qarşılaşacaq

 

Türkiyənin Bolu şəhərində təlim-məşq toplanışında olan "Neftçi" bu gün ilk yoxlama oyununu keçirəcək.

"Demokratikmusavat.com"- ın verdiyi məlumata görə, Laurentsiu Regekampfın baş məşqçi olduğu komanda Türkiyə 1-ci Liqasında çıxış edən “Sakaryaspor”la üz-üzə gələcək.

"The Sign Esentepe Hotel & Ski Cente"in stadionunda baş tutacaq matç Bakı vaxtı ilə saat 16:45-də start götürəcək.

Qeyd edək ki, "Neftçi" hazırlıq çərçivəsində ümumilikdə 3 yoxlama matçı keçirməyi planlaşdırır.

0.054252862930298