"Qəbələ"nin UEFA Konfrans Liqasının II təsnifat mərhələsindəki rəqibi olan Macarıstan "Fehervar"ı yoxlama oyunu keçirib.
Demokratikmusavat.com xəbər verir ki, Mixael Borisin baş məşqçi olduğu komanda Avstriyada Türkiyə təmsilçisi "Fənərbağça" ilə üz-üzə gəlib.
Qarşılaşma İstanbul klubunun 3:0 hesablı qələbəsi ilə yekunlaşıb.
Qeyd edək ki, "Qəbələ" "Fehervar"a qarşı ilk oyununu iyulun 21-də səfərdə, cavab matçını isə bir həftə sonra evdə keçirəcək.