İngiltərə "Liverpul"u heyətini yeni futbolçu ilə gücləndirib.
Demokratikmusavat.com "Report"a xəbər verir ki, Mersisayd təmsilçisi "Fulhem"dən 20 yarımmüdafiəçi Fabiu Karvalyunu transfer edib. Portuqaliyalı oyunçu ilə 2027-ci ilin yayınadək müqavilə imzalanıb.
Ölkəsinin U-21 yığmasının da üzvü olan gənc futbolçu üçün 5,9 milyon təzminat ödənilib.
Qeyd edək ki, Fabiu Karvalyu ötən mövsüm "Fulhem"də 38 oyuna 11 qol və 8 məhsuldar ötürmə ilə yadda qalıb.