FIFA Pakistan Futbol Federasiyası ilə bağlı qərarını dəyişib.
Demokratikmusavat.com xəbər verir ki, xeyli müddət idi dünyanın ali futbol qurumu tərəfindən cəzalı olan bu ölkə bağışlanıb. Belə ki, qurumun rəsmi saytında Pakistanın yenidən üzvlüyə qəbul olunduğu açıqlanıb. Eyni zamanda, bu ölkənin futbolu ilə bağlı bütün məhdudiyyətlər də aradan qaldırılıb.
Xatırladaq ki, FIFA ötən il aprelin 7-də təşkilatın işinə müdaxilə edilməsini əsas göstərərək Pakistan Futbol Federasiyasının üzvlüyünü dayandırmışdı.