ABŞ-da aviareyslər ləğv edildi

 

ABŞ-da 600-ə yaxın daxili və beynəlxalq reys ləğv edilib və 2 500-dən çox reys gecikir.

Demokratikmusavat.com xarici KİV-ə istinadən xəbər verir ki, uçuşların ləğvinə səbəb aviaşirkətlərin işçi çatışmazlığı ilə bağlıdır.

"Third Bridge" konsaltinq şirkətinin analitikləri hesab edirlər ki, ABŞ aviasiyasında hazırda pandemiyadan əvvəlki dövrlə müqayisədə təxminən 15% az işçi çalışır.

Bununla yanaşı, pilot çatışmazlığı bütün aviasiya sənayesində ən aktual problemdir.

0.18128705024719