Bu şəhərdə sudan istifadə məhdudlaşdırıldı

 

İtaliyanın Verona şəhərinin hakimiyyət orqanları quraqlıq səbəbindən içməli suyun istifadəsinə məhdudiyyətlər tətbiq edib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə şəhər meri Damiano Tommasi qərar verib.

Qərara əsasən, avqustun 31-dək vətəndaşlara içməli sudan bostanlar, meyvə bağlarının və idman meydançalarının suvarılması, avtomobillərin yuyulması və hovuzların doldurulması üçün istifadə edilməsi qadağan ediləcək.

Qanunu pozanlar üçün cərimələr təxminən 500 avro təşkil edəcək.(axar.az)

0.20214414596558