Bayden İsveç və Finlandiya ilə bağlı sənədləri Konqresə göndərib

 

ABŞ prezidenti Co Bayden İsveç və Finlandiyanın NATO-ya qəbulu ilə bağlı sənədləri Konqresə göndərib.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə Ağ evdən bildirilib.

"Mən Finlandiyanın NATO-ya daxil olması ilə bağlı hesabat təqdim edirəm. Oxşar məktub İsveçin Alyansa daxil olması ilə də bağlıdır”,- deyə Bayden Konqresin komitə sədrlərinə göndərdiyi məktubunda bildirib.

Yeni ölkələrin Şimali Atlantika Alyansına qoşulması üçün xüsusilə ABŞ Konqresinin yuxarı palatasının razılığını almaq lazımdır.

0.1383650302887