Xorvatiyanın "Dinamo" (Zaqreb) klubunun futbolçusu Mahir Emreli komandasının heyətində yenə fərqlənib.
Demokratikmusavat.com ın baku.ws-ə istinadən məlumatına görə, futbolçumuz Slovakiyanın "Spartak" (Trnava) klubu ilə keçirilən hazırlıq qarşılaşmasında qol vurub. Mahir Emrelinin 90-cı dəqiqədə vurduğu qol "Dinamo"nu məğlubiyyətdən xilas edib. Zaqreb təmsilçisi oyunu 3:3 hesabı ilə başa vurub.
Qeyd edək ki, Azərbaycan yığmasının forvardı iki gün əvvəl Sloveniyanın "Nafta" klubuna qarşı keçirilən hazırlıq oyununda da fərqlənmişdi.