Bakıda tanışını bıçaqlayan şəxs hakim qaşısında 

 

Bakıda tanışını bıçaqlamaqda təqsirli bilinən Sərdar Soltanovun cinayət işi üzrə məhkəmə hazırlıq iclası keçirilib.

Demokratikmusavat.com xəbər verir ki, Bakı Ağır Cinayətlər Məhkəməsində hakim Azad Məcidovun sədrliyi ilə keçirilən prosesdə təqsirləndirilən şəxsin anket məlumatları dəqiqləşdirilib.

Məhkəmənin baxış iclası iyulun 6-na təyin edilib.

Qeyd edək ki, hadisə bu ilin aprelində paytaxtın Nizami rayonu "8-ci km bazarı" adlanan bazarda qeydə alınıb.

Belə ki, Bakı şəhər sakini, 1994-cü il təvəllüdlü S.Soltanov aralarında yaranmış münaqişə zəminində Xaçmaz rayon sakini, 1994-cü il təvəllüdlü Orxan Vahabzadəni bıçaqlayıb.

Yaralı təcili yardım vasitəsilə 3 saylı şəhər xəstəxanasına yerləşdirilib və həyatını xilas etmək mümkün olub.

S.Soltanova qarşı Cinayət Məcəlləsinin 126.1-ci (Qəsdən sağlamlığa zərər vurma) maddəsi ilə ittiham irəli sürülüb.

0.13559007644653