Meksika yığmasının sabiq futbolçusu Rafael Markes İspaniya "Barselona"sına qayıdacaq.
Demokratikmusavat.com xəbər verir ki, millinin keçmiş kapitanı Kataloniya klubunun hazırda "Barselona Atletik" adlanan B komandasında baş məşqçi Serxi Barxuanı əvəzləyəcək.
43 yaşlı sabiq müdafiəçi "Barselona"nın əsas komandasında 7 mövsüm çıxış edib. Markes karyerasını Meksika "Atlas"ında başa vurub. O, yalnız ortabab "Alkala"nın gənclər komandasında iş təcrübəsinə malikdir.
Qeyd edək ki, Rafael Markes 5 dünya çempionatında Meksika yığmasının kapitanı olub.