Klubdakı taleyim barədə deyirlər ki... - "Neftçi"nin qapıçısı 

 

“Hələ ki evdəyəm, bir xəbər gözləyirəm, inşallah, ən yaxşısı olar”.

Bu sözləri "Neftçi" klubunun qapıçısı Rəşad Əzizli Demokratikmusavat.com -a müsahibəsində deyib.

- Rəşad, komandada ab-hava necədir?

- Hələ komanda ilə məşqə çıxmamışam, amma belə bilirəm ki, hər şey yaxşıdır, uşaqlar Konfrans Liqasına ruh yüksəkliyi ilə hazırlaşırlar.

- Rəşad, artıq "Neftçi"nin yeni rumın baş məşqçisi məlum oldu, hətta bu gün üçüncü məşqə çıxardı komandanı, amma səni komandada görmədik.

- Əvvəlcə yeni baş məşqçini təbrik edirəm, ona uğurlar arzulayıram. Doğru vurğuladınız, hələ məşqlərə dəvət almamışam. Bildiyiniz kimi son mövsümü icarə əsasında "Səbail"də keçirmişəm. Artıq "Neftçi" ilə yeni müqavilə imzalanmalıdır, görək necə olacaq.

- Məşq etmirsən, bu sənə təsir göstərir?

- Özüm fərdi olaraq da hər gün qaçıram, velosiped sürürəm, topla məşq edirəm. Sadəcə, komanda məşqi tamam başqa şeydir.

- Klubdan konkret olaraq nə deyilir?

- Deyirlər, klubdakı taleyim barədəki yaxın zamanda daha dəqiq məlumat verəcəklər. 

- Ümumiyyətlə, "Neftçi"nin qapıçı və bir neçə mövqe üzrə problemi uzun zamandır davam edir. Sən özünü həmin çərçivəyə layiq görürsən?

- Futboldur, demək olar, bu problem top klublarda müşahidə olunur ki, hansısa mövqedə oyunçu çatışmazlığı olur. Yəqin ki, yeni baş məşqçi bu problemin aradan qaldırmağa çalışacaq. Mənə gəlincə, bu suala cavab vermək düzgün olmaz, amma hər zaman öz gücümü göstərib rəqabət aparmağa hazıram.

Demokratikmusavat.com

0.16903400421143