3500 nəfərə yaxın sakini olan Lənkəranın Zövlə kəndi şəhər mərkəzindən 20 kilometr məsafədə yerləşir.
Demokratikmusavat.com -ın məlumatına görə, Sakinlər telefon xəttlərinin yararsız vəziyyətdə olmasından və internet xidmətindən istifadə edə bilmədiklərinə görə əziyyət çəkdiklərini bildirirlər.
Kənd sakini bildirib ki, telefon və elektrik xəttləri 90-cı illərdə çəkildiyi üçün demək olar yararsız vəziyyətdədir.
Məsələ ilə bağlı Baku TV Aztelecom Məhdud Məsuliyyətli Cəmiyyətinin münasibətini öyrənib.
Aztelecom MMC-nin İctimaiyyətlə Əlaqələr üzrə Meneceri Alidə Mustafayeva bildirib ki, sözügedən kənddə telekomunikasıya xidməti göstərilir.