Almaniyanın "Ayntraxt" klubunun və Avstriya yığmasının futbolçusu Martin Hinteregger 29 yaşında karyerasına son qoyub.
Demokratikmusavat.com xəbər verir ki, bu barədə müdafiəçinin özü klubun rəsmi saytına açıqlama verib. Hinteregger bu mövsüm Avropa Liqasını qazandıqdan sonra belə bir qərar qəbul etdiyini söyləyib. O bildirib ki, Frankfurt azarkeşləri önündə son böyük qələbəsini əldə etdiyini anlayıb.
Qeyd edək ki, Martin Hinteregger "Ayntraxt"ın heyətində 138 oyuna 14 qol və 6 məhsuldar ötürmə müəllifi olub.