Dövlət qulluğu üzrə imtahanlarda bu vəzifə qrupu üzrə qadınlar üstünlük təşkil edib

 

Dövlət İmtahan Mərkəzi tərəfindən 2021-ci il ərzində dövlət qulluğuna qəbul üçün A növü - inzibati rəhbər (idarəetmə) vəzifələr (AA, AB və AC vəzifə qruplarına uyğun) üzrə 6, B növü - inzibati icraçı vəzifələr üzrə (BA və BB vəzifə qruplarına uyğun) isə 7, cəmi 13 test imtahanı keçirilib.

Demokratikmusavat.com xəbər verir ki, bu, Dövlət İmtahan Mərkəzinin (DİM) Direktorlar Şurasının sədri Məleykə Abbaszadənin məqaləsində qeyd olunub.

“Namizədlərin test imtahanlarında iştirakı ilə bağlı məlumatlar təhlil edilərkən məlum olur ki, qeydiyyatdan keçmiş 12454 namizəddən 12088-i imtahanda iştirak etmiş, 366 şəxs isə imtahanda iştirak etməmişdir. Test imtahanında iştirak etmiş 12088 namizəddən 4359 nəfər (35%) müvəffəqiyyət qazanaraq sertifikat əldə etmişdir.

Namizədlər daha çox BB vəzifə qrupu üzrə (3508 nəfər) uğur əldə etmişlər. Bu qrup üzrə uğur qazananlar arasında qadınlar (1939 nəfər) üstünlük təşkil etmişlər. İmtahanda iştirak edən namizədlər arasında uğur qazananlar AB vəzifə qrupu üzrə 7%, AC vəzifə qrupu üzrə 36.4%, BA vəzifə qru­pu üzrə 23.2%, BB vəzifə qrupu üzrə 41.5% təşkil etmişlər” - o qeyd edib.

Billurə Yunus

 

0.13999891281128