Yasamal rayon icra hakimiyyəti vətəndaşları aldadır

 

İcra başçısı Elşad Həsənov ilə görüşmək müşkül işə çevrilib

 Təsadüfən Əliyar Qasımov adlı şəxs həm müharibə veteranı və həm də Zəngilan rayonundan qaçqındır. Özünün dediyinə görə 30 ilə yaxındır Bakının Yasamal rayonunda yaşayır. Hal-əhal tutduq. Məlum oldu ki, o, Yasama rayon icra hakimiyyətinə dəfələrlə müraciət edib, lakin ona söz versələr də, onun problemini həll etməyiblər. Əliyar kişi deyir ki, bu rayonda işləyən icra başçılarının biri verdiyi sözə əməl etməyib.

O sözünə davam edərək bildirdi ki, ailəsini dolandırmaq üçün bu illər ərzində mənə 10 kv. metr yer vermədilər. Çalışdım ki, yeri götürüb xırda ticarətlə məşğul olaram və ailəni dolandıraram. Bunun üçün sabiq icra başçıları İbrahim Mehdiyevlə, Əziz Əzizovla və onlardan əvvəlki icra başçılarının qəbuluna düşsəm də, verdikləri vədə əməl etmədilər.

Ölkə prezidenti Yasamal rayon icra hakimiyyətinin başçısını dəyişdi və deputat Elşad Həsənovu rayona başçı təyin etdi, Əziz Əzizovun buradan getməsinə hamı sevindi, fikirləşdik ki, təzə icra başçısı gəncdir və yaxşı işləyəcək, xalqa xidmət edəcək. Təəssüf ki, xalqın gözləntisi özünü doğrultmadı, Elşad Həsənovun icra başçısı təyin olunmasından xeyli vaxt keçib, amma bu müddətdə ərzində çox çalışsam da, bu günə qədər bir dəfə də olsun, başçının qəbuluna düşə bilmirəm.

Ağsaqqaldan öyrəndim ki, Yasamal rayonunun icra başçısı Elşad Həsənov ümumiyyətlə vətəndaşların qəbulunu keçirmir və qəbul işini müavinlərinə tapşırır, onlar da vətəndaşların müraciətlərini yerinə yetirmirlər.

Röyal

 

0.18302512168884