Siracəddin Hacı:
- Onu dünyanın ən bədbin filosoflarından biri sayır, fikrilərindən misal gətirirlər, məsələn, o, yazır: “Dünya sənə bir qram xoşbəxtlik vermək üçün ən azı yüz qram acı verir”;
- Kitablarını oxudum, ancaq bədbin olmadığını gördüm, o, xəyalsevər deyil, gerçəkçi alimdir, hadisələri, insanları olduğu kimi görməyə çağırır, hüzurlu olmaq üçün bu şərtləri qoyur:
- Gerçəkçi olun, boş xəyallarla özünüzü aldatmayın, məğlubiyyətdən, yıxılmaqdan, rəzil olmaqdan qorxmayın, yıxılsanız – mütləq yıxılacaqsınız – ayağa qalxın, yolunuza davam edin, qorxsanız, hüzur qaçacaq;
- Keçmişdə və gələcəkdə yaşamayın, indini yaşayın;
- İnsanları olduğu kimi qəbul edin – bu sizi ruhi sarsıntılardan qoruyacaq ;
- Xoşbəxt olmaq idealından əl çəkin, xoşbəxtliyin arxasınca nə qədər qaçsanız, o qədər sizdən uzaqlaşacaq;
- Acılara anlam yükləyin, yoxsa idarə edə bilməzsiniz, sıxıntısı olan nə ilk, nə də son insan sizsiniz;
Sevdiyiniz işi kəşf edin, ondan əsla əl çəkməyin;
Mütləq xarakter – kimlik - şəxsiyyət sahibi olun, bundan böyük xoşbəxtlik yoxdur, onu heç bir qiymətə və heç kimə satmayın;
Güclünün deyil, haqlının yanında olun;
Bir kənddən yüz dəfə qovulsanız da, yenə doğrunu söyləyin, doğru düşünməyən, doğru danışmayan, düşüncələri ilə davranışları arasında fərq olan insan əsla hüzura qovuşmaz;
Demokratikmusavat.com