"Qarabağ"ın "Lex"lə oyunlarının vaxtı dəqiqləşib

 

"Qarabağ"ın Polşanın "Lex" klubuna qarşı keçirəcəyi UEFA Çempionlar Liqasının I təsnifat mərhələsinin oyunlarının vaxtı dəqiqləşib.

Demokratikmusavat.com xəbər verir ki, "köhlən atlar"ın ilk matçı iyulun 5-də səfərdə olacaq. Qarşılaşma Bakı vaxtı ilə saat 22:00-da başlayacaq.

Cavab görüşü isə 1 həftə sonra Bakıda gerçəkləşəcək və saat 20:00-da start götürəcək.

Qeyd edək ki, bu cütün qalibi II təsnifat mərhələsində İsveçrə "Sürix"i ilə qarşılaşacaq.

0.039294958114624