Paralel.az "a verilən m ..."> Paralel.az "a verilən m ...">

Azərbaycanda 101 ölkədən əcnəbi tələbə təhsil alır

 

Azərbaycanda təhsil alan əcnəbi tələbələrin sayı açıqlanıb.

Təhsil Nazirliyindən Demokratikmusavat.com a verilən məlumata görə, Azərbaycan Respublikasının ali və orta ixtisas təhsil müəssisələrində ilk dəfə 101 ölkədən 7400-ə yaxın əcnəbi və vətəndaşlığı olmayan şəxs təhsil alır.

Tələbələr əsasən Türkiyə, İran, Gürcüstan, Rusiya, İraq, Nigeriya, Suriya, Hindistan, Pakistan, Çin Xalq Respublikası və digər ölkələri təmsil edir.

Azərbaycan Prezidentinin sərəncamları ilə təsis edilmiş Təhsil Qrantı Proqramları çərçivəsində İslam Əməkdaşlıq Təşkilatı və Qoşulmama Hərəkatına üzv dövlətlərin vətəndaşları olan 67 ölkədən 125 əcnəbi təhsil almaqdadır. HTP (sazişlər) çərçivəsində cari tədris ilində Macarıstan, Qazaxıstan, ÇXR vətəndaşlarının qəbulu aparılıb. Hazırda 4 fərqli ölkədən 76 əcnəbi tələbə bu çərçivədə yerli ali təhsil müəssisələrində təhsil alır.

0.49511098861694