Paralel.az xəbər verir ki, bun ..."> Paralel.az xəbər verir ki, bun ...">

Daha bir naxçıvanlı deputatdan AZAL-a ETİRAZ

 

"Naxçıvana təyyarə biletləri almağın çətinliyi insanları ciddi narahat edir".

Demokratikmusavat.com xəbər verir ki, bunu Modern.az-a Milli Məclisdə Naxçıvanı təmsil edən deputat İsa Həbibbəyli deyib. Parlamentari Naxçıvana təyyarə biletlərinin tapılmamasında yaranan gərginliklərin aradan qaldırılmalı olduğunu bildirib.

"Adamlar 10-15 gün əvvəl də bilet almaqda çətinlik çəkirlər. Əlavə reyslərin açılması elan olunduqdan bir saat sonra həmin reysə bilet almaq mümkün olmur. Yay mövsümü ilə əlaqədar olaraq gedib-gələnlər çoxalıb. Xeyir-şər məclislərinə gedənlər və xəstələr Naxçıvana bilet ala bilməməkdan narahatlıqlarını deputatların nəzərinə çatdırırlar. Gərginlik aradan qaldırılmalıdır. Müntəzəm reyslərin sayını artırmaq, əlavə reysləri tələbata uyğun olaraq tənzimləmək lazımdır" - deyə deputat vurğulayıb.

Qeyd edək ki, son günlər Naxçıvana getmək istəyən vətəndaşlar aviabilet almaqda çətinliklə üzləşirlər. 

0.39805698394775