Məzunların rəqs etdiyi mahnı müzakirələrə səbəb oldu - VİDEO

 

Azərbaycanda orta məktəblərdən birində “Son zəng” mərasimi zamanı səsləndirilən mhnı müzakirələrə səbəb olub.

Demokratikmusavat.com xəbər verir ki, bu barədə təhsil eksperti Kamran Əsədov məlumat verib.
Belə ki, Tovuz rayonunun Alakol kəndində “Son zəng” mərasimi zamanı məzunlar oğru dünyasından bəhs edən musiqiyə rəqs ediblər.

Təhsil eksperti məktəb rəhbərliyinin vəziyyətə müdaxilə etməməsinə ironiya ilə yanaşıb:
“Maşallah, Maşallah. Məzunlarımız milli ruhda böyüyür. Bu mahnı ifa olunanda o məktəbdə bir dənə ingilis dili müəllimi olmadı ki, “what are you doing there?”(Siz orada nə edirsiniz) desin” – ekspert qeyd edib.

Qeyd edək ki, “Son zəng” mərasimləri zamanı bir sıra məktəblərdə də şagirdlərin köynəyində oğru aləminə məxsus simvolların həkk olunması da sosial şəbəkələrdə tənqid edilmişdi.

Billurə Yunus

0.12204909324646