Azarkeş Şahruddinə yaxınlaşdı, dərhal saxlanıldı

 

Bakıda Azərbaycan və Belarus milli komandaları arasında UEFA Millətlər Liqasının qrup mərhələsinin IV tur oyunundan sonra meydana azarkeş daxil olub.

Demokratikmusavat.com bildirir ki, yığmanın qapıçısı Şahruddin Məhəmmədəliyevə yaxınlaşan fanat onunla şəkil çəkdirmək istəyib.

Təhlükəsizlik xidmətinin əməkdaşları dərhal həmin şəxsi meydançadan kənarlaşdırmaq istəsələr də, qolkiper buna mane olub və azarkeşin arzusunu həyata keçirib.

Qeyd edək ki, "Dalğa Arena"dakı qarşılaşma Azərbaycan yığmasının 2:0 hesablı qələbəsi ilə başa çatıb.

0.29525709152222