Niderland millisinin və "Qalatasaray"ın sabiq hücumçusu Uesli Sneyder maraqlı açıqlaması ilə gündəmə gəlib.
Demokratikmusavat.com xəbər verir ki, 37 yaşlı sabiq hücumçu Lionel Messi və ya Kriştianu Ronaldu kimi ola bilərdim deyib: "Sadəcə özüm istəmədim. Mən həyatdan həzz alırdım, axşam yeməyində şərab içə bilirdim. Leo və Kriştianu fərqlidirlər. Onlar böyük fədakarlıqlar ediblər. Gecə klublarına getməyiblər, spirtli içkilərdən uzaq durublar. Mən fərqli idim, axşam dincələndə pivə içib stress atırdım, gəzintiyə çıxırdım. Mənə bunlar hamısı yaraşırdı, çünki karyeram heyrətamiz idi". (fanat.az)