“Sabah” heyətini yeni futbolçu ilə gücləndirib.
“Demokratikmusavat.com ” xəbər verir ki, Gürcüstan millisinin üzvü Davit Volkovla 2 illik müqavilə bağlanıb.
27 yaşlı hücumçu karyerası ərzində Gürcüstanın “Qaqra” (2012/13), “Dinamo” (Tbilisi, 2013-2016), “Çixura” (2015/16), “Sioni” (2016), “Saburtalo” (2017-2018), Serbiyanın “Zemun” (2016/17), Azərbaycanın “Qəbələ” (2018-2020) və “Zirə” (2020-2022) klublarında çıxış edib.
Davit “Sabah”da 18 nömrəli formada çıxış edəcək.