Namiq Ələskərov "Bursaspor"la yollarını ayırdı

 

Türkiyənin "Bursaspor" klubu Azərbaycan millisinin futbolçusu Namik Ələskərovla yollarını rəsmən ayırıb.

Demokratikmusavat.com xəbər verir ki, 27 yaşlı yarımmüdafiəçinin müqaviləsi ləğv edilib.

Onun sözləşməsinin ləğvi Türkiyə Futbol Federasiyasında qeydə alınıb.

Qeyd edək ki, Namik Ələskərov "Bursaspor"la ötən ilin yayında 2+1 illik müqavilə imzalamışdı. "Timsahlar" II liqaya düşdüyündən və orada legionerlərin çıxışına icazə verilmədiyindən, əcnəbi oyunçularla yollar ayrılıb.

0.25926089286804