“Sabah” klubu heyətini Azərbaycan millisinin futbolçusu Anatoli Nuriyevlə gücləndirib.
Demokratikmusavat.com xəbər verir ki, klubun rəmi saytı məlumat yayıb. Bildirilib ki, 26 yaşlı yarımmüdafiəçi ilə 3 illik müqavilə bağlanılıb.
Nuriyev karyerası ərzində Ukraynanın “Stal” (2018), “Minay” (2018-2021), “Kolos” (2021-2022) klublarında çıxış edib. Futbolçunun son komandası “Sumqayıt” olub.
O, “Sabah”da 9 nömrəli formada çıxış edəcək.