Paralel.az -ın pravda.az-a ist ..."> Paralel.az -ın pravda.az-a ist ...">

Mərkəzi Bank Zakir Qaralovun şirkətini cərimələdi

 

"Akkord Sənaye Tikinti İnvestisiya Korporasiyasi" ASC-yə cərimə protokolu yazılıb.

Demokratikmusavat.com -ın pravda.az-a istinadən verdiyi məlumata görə, ASC barəsində Azərbaycan Mərkəzi Bankı tərəfindən İnzibati Xətalar Məcəlləsinin 430.4-cü (Valyuta tənzimi qaydalarının pozulması) maddəsi ilə inzibati protokol tərtib edilib. Daha sonra protokol baxılması üçün Nərimanov Rayon Məhkəməsinə göndərilib.

İş hakim Gültəkin Əsədovanın icraatına verilib.

Məhkəmə iclası iyunun 9-na təyin edilib.

Qeyd: Akkord Şirkətlər Qrupu sabiq baş prokuror Zakir Qaralova məxsusdur. Şirkətin hazırda 2 milyondan çox vergi borcu var.

0.13098692893982