Toydakı dava mahnıya görə olub - Bıçaqlanan bacısı ilə əri imiş

 

Gəncədə toyda musiqi sifarişinə görə yaranan mübahisə qanlı sonluqla nəticələnib.

Daxili İşlər Nazirliyinin Mətbuat Xidmətinin Gəncə regional qrupunun baş inspektoru Eşqin Qasımov Demokratikmusavat.com a bildirib ki, iyunun 5-də Gəncə Şəhər Baş Polis İdarəsinin 2-ci Polis Şöbəsinə Samux rayon sakini Namiq Məmmədov, İmişli rayon sakinləri - Şəfaət İslamlı və onun həyat yoldaşı R.İslamlının kəsici-deşici alətlə, daxilə keçən müxtəlif bədən xəsarətləri alaraq xəstəxanaya yerləşdirilməsi barədə məlumat daxil olub.

Polis əməkdaşlarının keçirdikləri təxirəsalınmaz əməliyyat-axtarış tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən İmişli rayon sakini Rüfət Həsənzadə saxlanılıb.

İlkin araşdırma zamanı müəyyən olunub ki, R.Həsənzadə şəhər ərazisindəki şadlıq saraylarından birində iştirak edən zaman musiqi sifarişinə görə N.Məmmədov ilə mübahisə edib. N.Məmmədov R.Həsənzadəyə bıçaqla xəsarət yetirən zaman ona mane olmağa çalışan bacısı və həyat yoldaşına da müxtəlif dərəcələi xəsarətlər yetirib.

Faktla bağlı araşdırmalara başlanılıb.

0.20988893508911