Ermənistanda müxalifət yenidən mitinq keçirir

 

Ermənistanda “Müqavimət” hərəkatının tərəfdarları İrəvanın mərkəzindən yürüşə başlayıblar.

Demokratikmusavat.com " xəbər verir ki, müxalifətçilər Maştots prospekti ilə hərəkətə başlayıblar.

Onların hökumət binalarına üz tutmaq, sonra isə Fransa meydanına qayıtmaq niyyətində olduqları bildirilib.

Yürüşdən əvvəl Fransa meydanında mitinq keçirilib və bu aksiya əsasən bir gün əvvəl Proşyan və Dəmirçyan küçələrinin kəsişməsində baş verən hadisələrin təhlilinə həsr olunub.

Qeyd edək ki, “Müqavimət” hərəkatı aksiyalar keçirməklə Ermənistanın Baş naziri Nikol Paşinyanın istefasını tələb edir.

0.15043592453003