Azərbaycanlı MMA idmançısı Aqşin Babayevin döyüşünün vaxtı bəlli olub.
Demokratikmusavat.com xəbər verir ki, o, “Brave” MMA təşkilatının 61-ci döyüş gecəsində İsveçrəni təmsil edən çeçen əsilli idmançı Hüseyn Kadimaqomayevlə təkrar döyüşəcək.
Bu döyüş avqustun 6-da Almaniyada baş tutacaq.
Qeyd edək ki, martın 11-də Bəhreyndə keçirilmiş ilk döyüşdə Hüseyn Kadimaqomayev qanunla qadağan olunmuş nahiyəyə ayaq zərbəsi vurduğundan yarış dayandırılıb və döyüş baş tutmamış hesab edilib. Döyüşdən sonra Aqşin Babayev xəstəxanaya aparılmışdı.