Azərbaycan şahmatçıları Şəhriyar Məmmədyarov və Teymur Rəcəbov Norveçin Stavanger şəhərindəki "Norway Chess" turnirinin əsas mərhələsində bu gün növbəti görüşlərini keçirəcəklər.
Demokratikmusavat.com ın məlumatına görə, Məmmədyarov yarışın ikinci günündə fransalı Maksim Vaşye-Laqravla qara, Rəcəbov norveçli Aryan Tari ilə ağ fiqurlarla üz-üzə gələcək.
Onlar ilk turda müvafiq olaraq Aryan Tari ilə və ABŞ-ı təmsil edən Uesli So ilə qarşılaşıblar. Məmmədyarov ilk qarşılaşmasında heç-heçə etsə də, daha sonra rəqibinə qalib gəlib. 37 yaşlı qrossmeyster hazırda 1,5 xalla 4-cü pillədə qərarlaşıb.
Rəcəbov isə birinci duelindəcə Soya məğlub olub. Hazırda xalsız olan iti zəka sahibi Laqravla birlikdə sonuncu pillələrdədir.
Qeyd edək ki, iyunun 10-da başa çatacaq turnirin mükafat fondu 2 500 000 Norveç kronu (451 000 manat) təşkil edir. Turnirdə 10 şahmatçı iştirak edir.