Azərbaycan milli komandasının UEFA Millətlər Liqasında Qazaxıstan, Belarus və Slovakiya yığmalarına qarşı keçirəcəyi C divizionun qrup oyunları üçün yekun heyəti açıqlanıb.
Demokratikmusavat.com ın AFFA-nın saytına istinadən məlumatına görə, baş məşqçi Canni De Byazi sözügedən matçlara hazırlıq məqsədilə təlim-məşq toplanışına 26 futbolçu dəvət edib.
Milli komanda iyunun 3-də Nur-Sultan şəhərində Qazaxıstan, 3 gün sonra isə Serbiyanın Novi Sad şəhərində Belarus seçməsinin qonağı olacaq. Yığma iyunun 10-da Slovakiyanı, 13-də isə Belarusu "Dalğa Arena"da qəbul edəcək.
Qeyd edək ki, Canni De Byazi ilkin mərhələdə hazırlıq prosesinə 15 oyunçu çağırmışdı.