Bakı və Madrid finalının gerçəkləri, yaxud peşman olan azarkeşlər

 

Bakı, bağışlayın ki, sizə güldük. Siz oyundakı görüntülər baxımından daha yaxşı idiniz

 Bunu Madriddə Çempionlar Liqasının finalını izləyən ingilis azarkeşləri deyirlər.

Bir neçə gün öncə - mayın 29-da Avroliqanın finalında təşkilatçılığı möhtəşəm oyun atmosferi ilə dünya futbolunaqırmızı kartçıxaran Bakıya qarşı irəli sürdükləri iddiaları geri götürərək, peşman olduqlarını bildirmələrinə cəmi 2 gün bəs etdi. Hər şey Madridə gedənə qədər imiş. Bakıya qədər uzun yolu gəlmək istəməyən ingilis azarkeşlər Londondan Madridə qədər uzanan daha qısa yolda üzləşdikləri çətinliklər, yaşadıqları təhlükəli anlar, biletlərin bahalığı saydıqca bitməyən problemlərdən sonra yanlış olduqlarını anladılar.

Hələ Avroliqanın finalına günlər qalmış, idmanı siyasiləşdirərək, final oyunu üzərindən Azərbaycana qarşı kampaniyaların aparıldığı vaxtlarda Çempionlar Liqasının finalındaTottenhemLiverpulun oyununu izləmək üçün Madridə getmək istəyən azarkeşlərin başına gələnlərprobleminyanlış yerdə axtarıldığını təsdiqləyirdi.

Camdennewjournalsaytı yazırdı ki, aviabiletlərin qiyməti bahadır, Londonun şimalında yaşayan minlərlə azarkeş komandalarını dəstəkləmək üçün Madridə getməyin yollarını axtarırlar. Üstəlik oyun biletlərinin bahalığı azarkeşlərin narazılığına səbəb olub.

Bir bilet alacamsa, o zaman özüm necə yaşayacam?”, azarkeşlərdən biri deyirdi. Madridə cəmi dörd uçuş var idi, o cümlədən, sərnişinlər aeroportda uzun müddət gözlədilirdi. Lisa Paulon adlı azarkeş deyirdi ki, “uçuş biletini ala bilmədiyi üçün, əvvəlcə Barselonaya, oradan qatarla Madridə getməyi düşünürəm”.

Madriddə keçiriləcək final oyununun biletləriqara bazarda 3000 avroya təklif olunurdu. Bu, Çempionlar Liqasının finalından təxminən 5 gün öncə baş verənlər idi. Lakin kimsə, İngiltərə, ümumilikdə Qərb mediası Madrid yollarında qalan azarkeşlərdən danışmır, onların üzləşdikləri çətinlikləri aradan qaldırmaq haqqında düşünmürdü. Çünki bu qüvvələr Azərbaycana qarşı hücum üçün əsas tapmışdılar: Avroliqanın finalı.

Londondan Bakıya qədər məsafənin uzaq olduğu deyilir, aviabiletlərdən, otellərin qiymətlərindən şikayətlənir, “Mxitaryan şousuaparılır, final günü heç bir bəhanə tapmadıqları üçün stadionun boş olmasından, atmosferin zəifliyindən bəhs edirdilər. Hərçənd, Azərbaycan Avroliqanın finalını ən yüksək səviyyədə təşkil etdi. Bunu UEFA rəsmiləri , Bakıya gələn xarici qonaqlar da etiraf etdilər.

Paytaxtın ən gözəl guşəsində fan-zonalar yaradıldı, azarkeşlərə pulsuz əyləncə imkanları təqdim edildi, təhlükəsizlik xidmət ən yüksək səviyyədə təmin olundu, xarici qonaqların Bakıya rahat gəlməsi üçün çarter uçuşlar həyata keçirildi, otellər qonaqlara yüksək xidmət göstərdilər. Final günü azarkeşlərin təhlükəsiz rahat daşınması üçün 450 ekspress avtobus fasiləsiz işlədi, yollarda heç bir tıxac yaşanmadı, finalın açılışında rəngarəng şoular göstərildi, oyundan sonra azarkeşlərin təhlükəsiz şəraitdə evlərinə qaldıqları otellərə çatdırılması həyata keçirildi, heç bir insident, yaxud hansısa xoşagəlməz hadisələr yaşanmadı. Final oyununda qol yağışı da (“Çelsi” – “Arsenal”: 4-1) azarkeşlərin zövqünü oxşadı.

Azərbaycan I Avropa Oyunları Formula -1 yarışlarından sonra dünya idmanına daha bir töhfə verdi Bakı Avroliqa tarixinə öz adını yazıdırdı.

Madridə gedən yolda yaşananları görməzdən gələn Qərb mediası isə Azərbaycana qarşı ikilistandart yanaşmasını davam etdirir, absurd iddialar irəli sürərək, Bakı finalını gözdən salmağa çalışırdı.

Bu, başqa məkanda yaşanan problemlərin başqa məkanda baş verirmiş kimi göstərilməsi demək idi.

Qərb mediası ingilis azarkeşlərin Madriddə üzləşdikləri problemləri Bakıda baş verirmiş kimi təqdim edirdi. Faktlar bunu sübut edir: “Qara bazar”, saxtakarlıq bileti əlində qalanlar: Çempionlar Liqasınını finalının keçirildiyi stadion 68000 tamaşaçı tutumuna malik olsa da, klubların hər birinə cəmi 17000-ə qədər bilet ayrılmışdı, buna görə LiverpulTottenhemazarkeşlərinin çoxu oyuna baxa bilmədi bu ciddi narazılığa səbəb oldu. Klubların azarkeşlərinə verilməyən biletlərin çoxuqara bazara düşdü. “Qara bazarda tribunada ən yaxşı yerlərin qiyməti 10000-31000 dollar, ən pis yerlər isə 3000-8000 dollar arasında dəyişirdi. Lakin məsələ təkcə biletlərin qara bazara düşməsi ilə bitmədi. Minlərlə azarkeş əlində bilet olmasına baxmayaraq, stadiona daxil ola bilmədi. Çünki finaldan öncə bazarda 2000-dən çox saxta bilet dövriyyəyə buraxılmışdı. UEFA bununla bağlı xəbərdarlıq etdi, İspaniya polisi isə saxta bilet satan 6 nəfəri həbs etdi.

Onlayn bilet satışında da ciddi problemlər yaşandı. “Radio Gallerin məşhur aparıcısı Vinn Evans iki biletə 7 min funtsterlinq ödəyib, lakin sonra biletlərin mövcud olmadığı ilə üzləşib. O deyir ki, buna səbəb onlayn satışı həyata keçirən agentliyin onun aldığı biletləri daha baha qiymətə başqasına satması olub. Evans sonra daha çox pul ödəyərək, başqa biletləri alıb, lakin hələ əvvəl ödədiyi 7 min funtsterlinqi geri ala bilmir.

Yollarda qalan azarkeşlər: “Liverpulklubunun oyunçularını daşıyan avtobusun oyunun keçirildiyiVanda Metropolitanostadionunda tuneldə qalması 1 saata yaxın gözləmələri, ardınca oyunçuların stadiona qədər piyada getmələri dünyanın gündəminə çevrildi. Lakin yollarda qalan təkcə oyunçular deyildi, minlərlə ingilis azarkeş hava limanlarında saatlarla gözləməyə məcbur oldular.

Tottenhemklubunun 200 fanatı təyyarələrinə quş çırpıldığı üçün yolda qaldılar. Final günü stadiona gedən yolda isə əsl cəhənnəm yaşandı. Böyük tıxacın yarandığı yolda azarkeşlər avtomobillərini tərk edərək, piyada getməyə məcbur qaldı. HəttaLiverpulklubunun sahibi Con Henri klubun əfsanələri Kenni Dalqlişla İan Raş da dəhşətli tıxaca görə stadiona qədər piyada gediblər. Məhz bərbad təşkilatçılığa görə sahibi olduğu klubun oyununu izləməyə piyada getməyə məcbur olmaq həqiqətən dəhşətlidir Con Henri bunu yəqin ki, ömrü boyu unutmayacaq.

Fan-zonalarda yaşanan dəhşət: Final oyunu başlayanda fan-zonalar bağlanıb, hərçənd, oyuna bileti olmayan minlərlə azarkeş finalı böyük ekrandan izləyə biləcəklərini düşünürdülər. Oyun başlayan kimi polis hər kəsi ərazidən uzaqlaşdırıb. Küçədə qalan azarkeşlər pabların da əvvəldən tutulduğu üçün oyunu heç bir yerdə izləyə bilməyiblər.

Otellərdə baş verənlər: Madirdə gələn ingilis azarkeşlər dəhşətli mənzərə ilə üzləşiblər. Onların əvvəldən bron etdiyi nömrələr başqalarına daha baha qiymətə verilib, bununla yanaşı, 200 avroya bron edilən otel nömrələri təlabatın çox olması bəhanəsi ilə 5 qat bahalaşıb. Bununla yanaşı, azarkeşlər Madrid küçələrində vaxtlarını səmərəli keçirmək üçün məkan problemlərindən tutmuş, ictimai tualetlərin çatışmazlığına qədər yüzlərlə hadisə ilə üzləşib.

Təhlükəsizlik: Bakıya təhlükəsizlik iddiaları ilə hücum edənlər Madriddə əsl təhlükə ilə üzləşdilər. İspaniya polisi heç bir səbəb olmadan pablara daxil olaraq, ingilis azarkeşləri döyüb. 5 ingilis azarkeşi həbs olunub. Çoxsaylı bilet oğurluğu qeydə alınıb, bununla yanaşı, biletlərin rəsmi satış məntəqələrinin bir neçə metrliyində saxta bilet satışı həyata keçirilib. Final oyununun 18-ci dəqiqəsində isə yarıçılpaq qadın azarkeş stadiona daxil olaraq oyunun dayanmasına səbəb olub.

Ən pis Çempionlar Liqasının finalı”. Bu sözləri Madriddə dəhşətlərlə üzləşən azarkeşlər deyirlər. Final oyunun yayımınınerrorgetməsi bütün azarkeşləri qəzəbləndirib. Hərçənd, bir neçə gün öncəyə qədər əsassız iddialarla Bakıya hücum edirdilər.

Bu Bakı, bu da Madrid. İngilislər uzun müddət peşmançılıqdan əziyyət çəkəcəklər...

 Asif Nərimanlı

0.21326112747192