Təşkilat Azərbaycanı çoxdan hədəf seçib

 

Tapdıq ABBAS
Baş redaktor
“Əməkdar mədəniyyət işçisi,"
Pedaqoji fəlsəfə doktoru,
Qarabağ müharibə veteranı

  Amnisty Internationaltəşkilatının qərəzi

 Amnesty İnternationaladlı qurum UEFA Avropa Liqasının final oyunun Azərbaycanda keçirilməsini tənqid edərək, ölkədə rüşvətxorluğun geniş yayıldığını, insan haqlarının kobud şəkildə pozulduğu iddia edir mötəbər futbol oyunun belə bir ölkədə keçirilməsini pisləyir. Hər dəfə olduğu kimi, təşkilatın bu mövqe yenə qərəzlidir ölkəmizə qarşı yaxşı niyyətdən xəbər vermir. Təşkilatın təsisçilərinin qəbul etdiyi qərarların hansı qüvvələrin təsiri altında olduğunu bildiyimizdən, bu tənqidi heç təsadüfi hal hesab etmək olmaz. Azərbaycan dövlətinin Qərbdəki bəzi dairələr tərəfindən hədəf seçilməsi təsadügi deyil. Ənənəyə çevilmiş bu qərəz artıq çox pis vərdiş halını alıb. Əgər mərkəzləri Avropada yerləşən bütün beynəlxalq təşkilatların hamısıAmnesty İnternationalla eyni vaxtda Azərbaycan haqqında bu cür qərəzli mövqe sərgiləsəydilər belə, qətiyyən təəccüblənməyə dəyməzdi. Ona görə ki, Qərbin Avropanın özlərini demokratiyanınbeşiyisayan dövlətləri ölkəmizin təbii sərvətlərindən mövcud imkanlarından faydalansalar da, düşmənçilikdən ermənipərəst mövqelərindən əl çəkmirlər. Çünki həmin ölkələr həm ölkəmizi daim təzyiq altında saxlamağı çox sevirlər, həm Ermənistanla din qardaşı olduqlarını yaddan çıxarmırlar, həm seçkilər zamanı erməni lobbisinin səsini əldə etməyin vacibliyini unutmurlar.

Yenə həmişə olduğu kimi, Avropadan Azərbaycana doğru əsən qərəz küləyinin soyuğunun sərtliyində həm xristian həmrəyliyinin dayandığı inkarolunmaz həqiqətdir. Bunu heç kim dana, inkar edə bilməz. Məhz təşkilatın Azərbaycan barəsində yaydığı yalan böhtandan ibarət olan bəyənatının da yuxarıda söylədiyim faktorların təsiri altında formalaşması heç kimdə şübhə doğurmur. İndiyə qədər belə olub, bundan sonra da belə davam edəcəyinə heç bir təminat yoxdur. Əslində, maraqlı olan tək bu hal deyil, maraqlı olan odur ki, artıq dünyanın hər bir guşəsində baş verən hadisələri izləmək problemi yoxdur. Eyni zamanda Azərbaycandakı milçəyi filə döndərib ölkəmiz haqqında dünya ictimaiyyətinə yalan, qərəz dolu xəbərlər üfürənAmnesty İnternationaltəşkilatının qəbul etdiyi bəyanatların formalaşmasına təsir edən Avropa dövlətlərinin özündə gedən mənfi prosesləriinsan haqlarının pozulması, rüşvətxorluq korrupsiya, narkomaniya, soygunçuluq digərlərini - hər gün televiziya ekranlarından, sosial şəbəkələrdən izləyən vətəndaşlarımız ölkəmizə qarşı aparılan düşmənçiliyin mahiyyətinin nədən ibarət olduğunu yaxşı anlayırlar. Buna görə beynəlxalq təşkilatların Azərbaycana qarşı qərəzli mövqeyi daim ölkəmizdəki dərin sabitliyə zərrə qədər mənfi təsir göstərmir, əksinə, ölkə vətəndaşlarının dövlətçilik ölkə Prezidenti ətrafında daha da sıx birləşməsinə töhvə verir. Artıq Azərbaycan vətəndaşı 90- illərin köhnə təfəkkürürndən çoxdan uzaqlaşıb beynəlxalq təşkilatların süni şəkildə Qərb, Avropa haqqında yaratdıqlarıcənnətobrazı mifi çoxdan insanların təfəkküründən silinib.

Yəqin heç kimin yadından çıxmayıb, Avropada keçirilənAvrovizionmahnı müsabiqəsi Bakıda keçirilən ərəfədə Avropada ölkəmizə qarşı böyük əks-təbliğat kampaniyası başlandı bu kampanyanın önündə gedən bir sıra ölkələrAvrovizionmahnı müsabiqəsini baykot etməyə çağırdılar. Düzdür, bu çağırışa bir-iki ölkə qoşulsa da, həmin mahnı müsabiqəsi Bakıda yüksək səviyyədə keçdi heç bir mənfi hadisə baş vermədi, əksinə, mahnı müsabiqəsində iştirak edən xarici qonaqlar  müsbət əhvalruhiyyə ilə Bakıdan ayrıldılar. Yəni həmin vaxt da digər beynəlxalq təşkilatlarla yanaşı, “Amnesty İnternationaltəşklatı daAvrovizionmahnı müsabiqəsinin Azərbayacanda keçirilməsini tənqid etmişdi pisləmişdi, amma yekun nəticə sübut etdi ki, təşkilat bəyənatında ciddi səhvə yol verib onun elan etdiyi qərəzli bəyanat adi söz yığınından başqa bir şey deyil.

Bu cür misalların sayını istənilən qədər artıra bilərəm. Heç birimiz 2015-ci ildə ölkəmizdə keçirlmiş Birinci Avropa Olimpiya Oyunları ərəfəsində Azərbaycana qarşı Avropada başlayan geniş çirkin əks-təbliğat kampaniyasını yaddan çıxarmamışıq. Onda da həmin dalğa, həmin çirkin oyunlar ölkəmizə qarşı iyrənc formada davam etdi ölkəmiz həmin tədbiri səbr dözümlə, təmkinlə, sayıqlığını əldən vermədən çox yüksək səviyyədə yekunlaşdırdı. Hər bir ölkə vətəndaşı yaxşı dərk edir ki, ölkəmizin sürətli inkişafı düşmənlərimizə, hətta özünü bizə dost kimi təqdim edən bəzi dövlətlərə belə, xoş gəlmir, dövləti qüdrətinin artmasına olan qısqanclıq dözümsüzlük onları çox narahat edir. Regionda güclü Azərbaycan dövlətinin formalaşması heç kimə sərf etmir. Xüsusən Cənubi Qafqazda iki xristian dövlətin əhatəsində Azərbaycan kimi, güclü islam ölkəsinin getdikcə inkişaf etməsi, daha da güclənməsi xristian ölkələrin yuxusunu ərşə çəkir desək yanılmarıq. Ona görə ölkəmiz müstəqillik qazanandan bu günə kimi, daim hər tərəfdən, həm qonşu ölkələrin, həm Qərb Avropa ölkələrinin, beynəlxalq təşkilatların qərəzli hücumuna məruz qalıb. Rusiyanın, İranın özlərinə məxsus köhnə təzyiq təhdid metodları ölkəmizin təhlükəsizliyini həmişə təhlükə altında saxlayıb bu təhlükə hazırda da qalmaqda davam edir.

İnanıram  ki, bu dəfə bundan əvvəlki yarışlarda seyr etdiyimiz sakit, rahat, maraqlı idman şousunu müşahidə edəcəyik, çünki UEFA Avropa Liqasının kuboku uğrunda Bakıda keçirləcək final oyunu möhtəşəm qələbəlik şəraitində yüksək təhlükəsizlik mühitində, yerli ölkəmizə qonaq gəlmiş xarici futbol həvəskarlarının mehriban dostluğu şəraitində keçəcək. Azərbaycana qarşı qərəzli düşmən mövqeyi sərgiləyən beynəlxalq qüvvələr yenə peşiman olacaqlar, qazanan Azərbaycan onun multikultural dəyərləri yaşadan vətəndaşları olacaq... “Amnesty İnternational digər bu kimi qərəzli təşkilatların «şou»suna isə heç kim əhəmiyyət verməyəcək, baxmayacaq.

0.20787906646729