Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Goranboyda traktor aşıb, 4 nəfər xəsarət alıb - YENİLƏNİB

  14

Goranboyda traktorun aşması nəticəsində xəsarət alanların adları məlum olub.

Demokratikmusavat.com "Report"a istinadən bildirir ki, bunlar Goranboy rayon sakinləri,

Həsənov Xəyal Mədət oğlu, Məhərrəmov Daşqın, Kərimov Rafael Fərman oğlu və daha ağır yaralı olan Əsgərov Xanpolat Zahid oğludur.

Məlumatlara görə, kənd ərazisində fəsadlı yoldan keçmək istəyən zaman traktor aşıb və yol kanarındakı su arxına düşüb.

Faktla bağlı araşdırmalara başlanılıb.

03:07

Goranboy rayonunda traktor aşıb, ağır yaralılar var.

Demokratikmusavat.com "Report"a istinadən bildirir ki, rayonun Qurbanzadə kənd ərazisində traktorun aşması nəticəsində 4 nəfər ağır yaralanıb. Onlardan birinin ölümcül yaralandığı bildirilir.

Faktla bağlı araşdırma aparılır.

Əlavə məlumat veriləcək.

Demokratikmusavat.com