Yüklənir

AZ Ru En
Bir kərə yüksələn bayraq bir daha enməz

Azərbaycanlı hakimlər Oimpiya Oyunlarında gimnmastların çıxışlarını dəyərləndirəcək

  8

2018-ci ilin 6-18 oktyabr tarixlərində Buenos-Ayresdə təşkil olunacaq Yeniyetmələrin Olimpiya Oyunlarında gimnastların çıxışlarının dəyərləndirilməsində azərbaycanlı hakimlər də iştirak edəcəklər.

Demokratikmusavat.com Trend-ə istinadən bildirir ki, milli komandalarımızın hakimləri - bədii gimnastika üzrə Nigar Abdusəlimova, kişi idman gimnastikası üzrə Rza Əliyev, batut gimnastikası üzrə isə Kamil Quliyev bu oyunlarda hakimlik etmək üçün dəvət olunublar.

 

Xatırladaq ki, Yeniyetmələrin Olimpiya Oyunlarında həm bədii gimnastika, həm də kişi idman gimnastikası üzrə yığma komandalarımız maksimum sayla - 1 gimnastla təmsil olunacaqlar.

Demokratikmusavat.com